Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-oktyabr aylarında 247 milyon 343 min ABŞ dolları dəyərində 949 min 278 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 25%, həcmi isə 0,7% azalıb.
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 260,5 dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% və ya 84,6 dollar azdır.
Əlavə edək ki, bu ilin 10 ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,75%-nə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!