Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 31 iyul 2026-cı il tarixində saat 10:00-da dərc olunacaq.
Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək. Mətbuat konfransı Mərkəzi Bankın rəsmi veb-saytı, "Youtube" kanalı və “Facebook” hesabı üzərindən canlı yayımlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
