Taleh Kazımov sığorta şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb | Banco.az

Taleh Kazımov sığorta şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxsləri ilə növbəti görüş keçirib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Görüş zamanı sığorta sektorunun cari ilin birinci yarımili üzrə fəaliyyət nəticələri və bazarda müşahidə olunan əsas inkişaf meyilləri, eləcə də qarşıdakı dövr üzrə perspektivlər müzakirə olunub.

Bundan əlavə, sığorta məhsullarının çeşidliliyinin artırılması, əhalinin və biznes subyektlərinin sığorta xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin daha da dərinləşdirilməsinə xidmət edən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram