Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-iyun ayında Azərbaycan 67.1 mln. ABŞ dolları dəyərində çiyələk ixrac edib. Bu, illik müqayisədə 40.1 milyon dollar və ya 2,5 dəfə çoxdur.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2026-ci ilin iyun ayında çiyələk ixracının ümumi dəyəri isə 29.4 milyon dollara bərabər olub ki, bu da ötən ilin iyununa nisbətdə 14.9 milyon dollar və ya 2 dəfə çoxdur.
Qeyd edək ki, 2026-cı ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) 44 milyon dollarla birinci olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
