Zukerberq: ABŞ Çinin süni intellekt modellərini qadağan etməməlidir | Banco.az

Zukerberq: ABŞ Çinin süni intellekt modellərini qadağan etməməlidir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Zukerberq: ABŞ Çinin süni intellekt modellərini qadağan etməməlidir.

Banco.az xəbər verir ki, “Meta”nın baş icraçı direktoru Mark Zukerberq “Financial Times”a müsahibəsində bildirib ki, ABŞ administrasiyası Çinin süni intellekt modellərinin istifadəsini qadağan etməməlidir.

Zukerberq ABŞ-ın süni intellekt şirkətlərinin tənzimləyici qaydalar vasitəsilə daxili bazarda rəqabəti məhdudlaşdırmağa çalışmasının əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, bu cür yanaşma “tənzimləyici qurumların sənaye tərəfindən təsir altına düşməsi” riskini yarada bilər.

O qeyd edib ki, Çinin süni intellekt modellərini qadağan etmək texnologiya yarışında effektiv həll yolu deyil. Bunun əvəzinə ABŞ şirkətləri Çinlə daha uğurlu rəqabət aparmaq üçün inkişafı ləngidən maneələri və sistemli problemləri müəyyən edib aradan qaldırmalıdırlar.

Zukerberq əlavə edib ki, müstəqil yoxlama və audit mexanizmləri peşəkar və səriştəli şəxslər tərəfindən həyata keçirildiyi təqdirdə sektora fayda verə bilər. O, həmçinin kibertəhlükəsizlik narahatlıqlarını əsas gətirərək ən qabaqcıl süni intellekt alətlərinin məhdudlaşdırılmasının düzgün yanaşma olmadığını vurğulayıb.

“Meta”nın rəhbəri bildirib ki, bu texnologiyalar yalnız risk mənbəyi deyil, eyni zamanda şirkətlərə təhlükəsizlik boşluqlarını aşkar edib aradan qaldırmaqda da kömək edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram