Bu il “Euromoney” mükafatlarını Azərbaycanda kimlər qazandı? | Banco.az

Bu il “Euromoney” mükafatlarını Azərbaycanda kimlər qazandı?

İyul ayı Azərbaycanın bir çox biznes qurumları üçün qlobal “Euromoney” jurnalının “Awards for Excellence 2026” mükafatları ilə əlamətdar oldu. Builki qaliblər sırasında Azərbaycandan 3 bank və 1 investisiya şirkəti də qərarlaşdı. 

Banco.az-ın məlumatına görə, Kapital Bank “Awards for Excellence 2026” mükafatında iki nominasiya üzrə qalib elan edildi.

Bank Azərbaycan üzrə “İlin ən yaxşı pərakəndə bankı” (“Best Retail Bank”) və “Kiçik və orta sahibkarlar üçün ən yaxşı rəqəmsal bank” (“Best Digital Bank for SMEs”) nominasiyalarında mükafat qazandı.

“Azərbaycanın iri korporativ bizneslər üçün ən yaxşı bankı” (“Azerbaijan's Best Bank for Large Corporates”) nominasiyası üzrə mükafat PAŞA Banka təqdim olundu. Qeyd edək ki, PAŞA Kapital şirkəti də “Azərbaycanın ən yaxşı investisiya şirkəti” nominasiyasının qalibi oldu.

Bank Respublika da “Azərbaycanın ən yaxşı kiçik və orta sahibkarlıq bankı” adına layiq görüldü.

"Awards for Excellence 2026" mükafat proqramı çərçivəsində ən yüksək mükafat isə Londonda ABB-yə təqdim edildi. Belə ki, ABB “Euromoney” jurnalının seçimlərində Azərbaycan üzrə “İlin ən yaxşı bankı” seçildi. 

Dünyanın 100-dən çox ölkəsi üzrə qiymətləndirmələr aparan “Euromoney” kimi nüfuzlu platformanın yüksək mükafatlarını qazanmaq yerli bankların və investisiya şirkətlərinin beynəlxalq səviyyədə getdikcə daha çox tanındığını göstərir.

Nəticələrsə ona dəlalət edir ki, Azərbaycanda banklar arasında rəqabət getdikcə daha yetkin mərhələyə keçməkdədur. Belə ki, bazar payından əlavə, rəqəmsal yetkinlik, müştəri seqmentləri üzrə ixtisaslaşma, xidmət keyfiyyəti və innovasiya da əsas fərqləndirici amillərə çevrilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram