Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 2 aprel 2026-cı il tarixində saat 11:00-da yayımlanacaqdır.
Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı, pul siyasəti qərarlarının (faiz qərarlarının) ictimaiyyətə açıqlanması qrafikinə əsasən, 2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair 2-ci qərarını 2 aprel 2026-cı il tarixində açıqlayacaq.
