Müəllif: Gülnar Əhmədli, Banco.az
Musiqi turları milyonlarla pərəstişkarı bir araya gətirməklə yanaşı, ölkələrin iqtisadiyyatına da ciddi təsir göstərir.
Banco.az xəbər verir ki, 2026-cı ilin məlumatlarına əsasən, inflyasiya nəzərə alınmaqla tarixin ən yüksək gəlir gətirən konsert turlarının ilk 10-luğu belədir:
-
Taylor Swift – The Eras Tour: 2,198 milyard dollar
-
Coldplay – Music of the Spheres: 1,567 milyard dollar
-
U2 – 360° Tour: 1,088 milyard dollar
-
Elton John – Farewell Yellow Brick Road: 1,026 milyard dollar
-
Ed Sheeran – ÷ Tour: 1,010 milyard dollar
-
Ed Sheeran – +−=÷× Tour: 900 milyon dollar
-
The Rolling Stones – A Bigger Bang Tour: 897 milyon dollar
-
Guns N' Roses – Not in This Lifetime... Tour: 758 milyon dollar
-
Bruce Springsteen & The E Street Band – 2023-2025 Tour: 754 milyon dollar
-
The Weeknd – After Hours til Dawn Tour: 736 milyon dollar
Taylor Swift-in The Eras Tour-u 2,2 milyard dollara yaxın gəlirlə tarixdə 2 milyard dollar həddini keçən ilk konsert turu olub. Turun ABŞ iqtisadiyyatına təxminən 4 milyard dollar əlavə töhfə verdiyi, milyonlarla pərəstişkarın otel, restoran və digər xidmətlərə xərclər etdiyi bildirilir.
Siyahıda 1 milyard dolları keçən daha dörd tur var: Coldplay-in Music of the Spheres, U2-nun 360° Tour, Elton John-un Farewell Yellow Brick Road və Ed Sheeran-ın ÷ Tour turları.
Bizi sosial şəbəkələrdən izləyin!!
