İranda qaz ehtiyatı aşkarlandı | Banco.az

İranda qaz ehtiyatı aşkarlandı

Müəllif:Mehin Qasımova,Banco.az

İran ölkənin cənubunda 7,5 trilyon kub futdan çox yeni təbii qaz ehtiyatının aşkar edildiyini açıqlayıb.

Banco.az xəbər verir ki, nazir Möhsün Paknejad bildirib ki, ehtiyatın təxminən 5,7 trilyon kub futunun hasil edilə biləcəyi gözlənilir.

Kəşfin İran və Qətərin birgə istifadə etdiyi Cənubi Pars yatağının bir fazasında təxminən 15 illik hasilata bərabər olduğu qeyd edilir.

Yeni yatağın qaz kondensatı ehtiyatlarının da on milyardlarla dollar dəyərində olduğu bildirilir.

İran hökuməti ehtiyatların mümkün qədər tez işlənməsi üçün plan hazırlayır.

Bununla belə, yeni qaz yatağının tam gücü ilə hasilata başlamasının illər çəkə biləcəyi vurğulanır.