Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın İrana qarşı yeni sanksiyalarının detalları açıqlanmazdan əvvəl dünya bazarında neft qiymətləri aşağı düşüb.
Banco.az xəbər verir ki, Brent markalı neftin oktyabr fyuçersləri 1,39% ucuzlaşaraq 93,08 dollar, WTI markalı neft isə 1,63% azalaraq 85,64 dollar olub.
Bununla belə, hər iki neft markası son bir həftə ərzində 5%-dən çox bahalaşıb. Bazar iştirakçıları ABŞ-ın İrana qarşı yeni iqtisadi tədbirlərinin enerji bazarına təsirini qiymətləndirirlər.
İran isə iqtisadi təzyiqlərin davam edəcəyi təqdirdə Fars körfəzi və Hörmüz boğazından neft ixracını dayandıra biləcəyi barədə xəbərdarlıq edib.
Analitiklər bildirirlər ki, belə bir addım Yaxın Şərqdən neft tədarükünü daha da azaldaraq qlobal bazarda qiymətlərin yüksəlməsinə səbəb ola bilər.
