Qızılın qiyməti 4700 dolları keçdi | Banco.az

Qızılın qiyməti 4700 dolları keçdi

COMEX birjasında qızılın oktyabr fyuçerslərinin qiyməti 14 may 2026-cı ildən bəri ilk dəfə 1 troya unsiyası üçün 4 700 dolları keçib.

Banco.az xəbər verir ki, ticarət zamanı qiymət 4 713,8 dollara, yəni 0,77 faiz artıma çatıb.

Qızılın bahalaşması maliyyə bazarlarında qeyri-müəyyənliyin artması və investorların təhlükəsiz aktivlərə yönəlməsi fonunda baş verir.