“Mercedes-Benz” Berlindəki bütün salonlarını satdı | Banco.az

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satdı

Müəllif:Mehin Qasımova,Banco.az

Alman nəhəngi “Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb.

Banco.az xəbər verir ki, bu barədə “Bild” qəzeti  məlumat yayıb.

Belə ki, şirkət  Berlində yerləşən bütün avtosalonlarını “Alpha Auto Group” şirkətinin rəhbəri, kanadalı sahibkar Kuldip Billaya satıb.

Nəşr bildirir ki, “Mercedes-Benz” digər şəhərlərdə — Hamburq, Münxen və Reyn-Rur bölgəsində yerləşən diler mərkəzlərini də satmağı planlaşdırır.

Bu isə ümumilikdə 8 minədək iş yerinin risk altına düşməsi ilə nəticələnə bilər.