Müəllif:Mehin Qasımova,Banco.az
Dünyanın ən böyük fast-food zənciri olan "McDonald's"ın gəlirləri və mənfəəti artıb.
Banco.az xəbər verir ki, şirkətin press-relizinə əsasən, iyul-sentyabr aylarında xalis mənfəət keçən ilin eyni dövründəki 2,26 milyard dollara qarşı 2,28 milyard dollar təşkil edib.
Səhm üzrə mənfəət 3,13 dollardan 3,18 dollara yüksəlib. Birdəfəlik məhsullar nəzərə alınmadan qazanc hər səhmə görə 3,22 dollar təşkil edib.McDonald's-ın rüblük gəliri ümumilikdə ekspertlərin gözləntilərinə uyğun olaraq 3% artaraq 7,08 milyard dollara çatıb.
"McDonald's" qlobal müqayisəli satışları proqnozlara uyğun olaraq iyul-sentyabr aylarında 3,6% artıb. ABŞ-da müqayisə edilən satışlar 2,4%, beynəlxalq səviyyədə isə 4,3% artıb.
Şirkət daha əvvəl rüblük dividendlərini 5% artıraraq hər səhm üçün 1,86 dollara çatdırdığını açıqlamışdı. "McDonald's" səhmləri çərşənbə günü bazar öncəsi ticarətdə 0,5% bahalaşıb. İlin əvvəlindən şirkətin bazar kapitallaşması 3,2% artaraq 213,5 milyard dollar təşkil edib.
