Kommersiya banklarının rəhbərliyinə müraciət edilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Kommersiya banklarının rəhbərliyinə müraciət edilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) üzvü olan kommersiya banklarının rəhbərliyinə müraciət edib.

Müraciət ABA-nın icraçı direktoru Yunus Abdulovun adından ünvanlanıb.

Müraciətdə bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın, eləcə də “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ın layihələrini hazırlayaraq ABA-nın üzvlərindən rəy və təkliflərin alınması məqsədilə quruma ünvanlayıb. Banklardan qeyd olunan qaydalara dair rəy və təkliflərini aprelin 20-nə qədər ABA-ya təqdim etmək xahiş olunub. 

Mənbə: Report.az