Kofe qiymətlərində yeni rekord qeydə alınıb | Banco.az

Kofe qiymətlərində yeni rekord qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volcafe” Braziliyanın qəhvə istehsalı ilə bağlı proqnozlarını kəskin şəkildə azaldıb.

Banco.az xəbər verir ki, dünyanın ən böyük qəhvə treyderlərindən biri olan “Volcafe Ltd.” dünyanın ən böyük istehsalçısı Braziliyaya təsir edən uzun quraqlıqdan sonra öıkənin arabica istehsalı ilə bağlı proqnozlarını azaldıb.

Şirkətin hesabatına görə, Braziliyanın gələn mövsümdə cəmi 34,4 milyon kisə yüksək dərəcəli arabica qəhvə dənəciyi istehsal edəcəyi gözlənilir. Bu, sentyabr ayı ilə müqayisədə təqribən 11 milyon azdır. 

Bu, həmçinin qlobal qəhvə istehsalının 2025-2026 sezonunda tələbdən 8,5 milyon geri qalmasına və misli görünməmiş beşinci istehsal defisitinə işarə edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən xəbərlərdən sonra Nyu-York birjasında satılan Arabica qəhvə fyuçersləri bu gün 5 faizə qədər yüksələrək rekord səviyyəyə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram