Müəllif: Tamara Mustafayeva, Banco.az
Kakao qiymətlərində artım ardıcıl altıncı aya keçib.
Banco.az xəbər verir ki, geosiyasi risklər və iqlim amilləri əmtəə bazarında tədarük narahatlıqlarına səbəb olarkən, xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətlərində ötən ay nəzərəçarpacaq artımlar qeydə alınıb.
Çikaqo Ticarət Birjasında buşel üzrə qiymətlər buğdada 21 faiz, qarğıdalıda 16 faiz, soya paxlasında 8,5 faiz, düyüdə isə 9,2 faiz artıb.
ABŞ-da fəaliyyət göstərən əmtəə birjası “Intercontinental Exchange”də funt üzrə qiymətlər qəhvədə 1 faiz azalarkən, şəkərdə 21,5 faiz, pambıqda isə 13,9 faiz yüksəlib.
Kakao qiyməti də ötən ay 25,5 faiz artaraq ton başına 6 771 dollara yüksəlib və bununla da artım ardıcıl altıncı aya keçib. Qiymət artımında “El Niño” hava hadisəsinin təsiri və Qərbi Afrikada tədarükün azalacağı ilə bağlı narahatlıqlar mühüm rol oynayıb.
Rusiya ilə Ukrayna arasında gərginliyin artması isə Qara dənizdə taxıl ticarətini təhdid edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
