İlon Mask yenidən trilyoner statusunu itirdi | Banco.az

İlon Mask yenidən trilyoner statusunu itirdi

Müəllif:Mehin Qasımova,Banco.az

“SpaceX” şirkətinin səhmlərinin ucuzlaşması İlon Maskın xalis sərvətinin 1 trilyon dollardan aşağı düşməsinə səbəb olub.

Banco.az xəbər verir ki, “Forbes” jurnalının məlumatına görə, oktyabrın 13-də ticarət sessiyasının açılışından sonra “SpaceX” səhmləri 3%-dən çox ucuzlaşıb. Nəticədə Maskın sərvəti təxminən 28,6 milyard dollar azalaraq 977,2 milyard dollar səviyyəsində qiymətləndirilib.

Nəşrin hesablamalarına əsasən, bu göstərici Şərq vaxtı ilə saat 12:20-yə olan vəziyyəti əks etdirir.

İyunun 12-də “SpaceX”in Nasdaq birjasında listinqindən sonra Maskın sərvətinin 1 trilyon dolları keçdiyi bildirilmişdi. Lakin sonradan “SpaceX” və “Tesla” səhmlərinin ucuzlaşması onun sərvətinin yenidən bu həddən aşağı düşməsinə səbəb olmuşdu.

Oktyabrın 5-də isə hər iki şirkətin səhmlərinin bahalaşması fonunda Maskın xalis sərvəti yenidən 1 trilyon dolları ötmüşdü.