Müəllif: Tamara Mustafayeva, Banco.az
Buğdanın qiyməti 27 ayın ən sürətli enişini qeydə alıb.
Banco.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında sülhün əldə oluna biləcəyinə dair gözləntilər, əlverişli hava şəraiti və tələbatın azalması nəticəsində buğdanın bir buşelinin qiyməti sentyabr ayında 12,7 faiz ucuzlaşıb. Bu, 2024-cü ilin iyunundan bəri ən kəskin aylıq eniş olub.
Buğdanın qiyməti hava şəraiti, eləcə də təklif və tələbatı dəyişdirən geosiyasi hadisələrin təsiri ilə istiqamətini müəyyənləşdirməyə çalışır. Buğdanın bir buşelinin qiyməti yanvar ayında 5,85 faiz azalıb. Geosiyasi risklərin artması və hava şəraiti ilə bağlı narahatlıqlar səbəbindən sonrakı aylarda dəyişkənlik göstərərək yüksələn buğda qiyməti sentyabrda 7,95 dollara çatıb.
Rusiya ilə Ukrayna arasında sülhün əldə oluna biləcəyinə dair gözləntilər, əlverişli hava şəraiti və tələbatın azalması sentyabrda buğdanın qiymətinin kəskin ucuzlaşmasına səbəb olub. Ay ərzində 12,7 faiz dəyər itirən buğdanın qiymətində 2024-cü ilin iyunundan bəri ən sürətli aylıq eniş qeydə alınıb. Həmin ilin iyun ayında buğdanın bir buşelinin qiyməti 15,5 faiz azalmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
