Müəllif:Mehin Qasımova,Banco.az
Ukrayna hökuməti hərbi məqsədlər üçün əlavə 60 milyard qrivna (1,33 milyard dollardan çox) vəsait ayırıb.
Banco.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski açıqlayıb.
Onun sözlərinə görə, ayrılan vəsaitin 43,5 milyard qrivnası (965 milyon dollardan çox) hərbçilərin əməkhaqlarının ödənilməsinə və onların ailələrinin dəstəklənməsinə yönəldiləcək.
Daha 16,6 milyard qrivna (368 milyon dollardan çox) isə sursat, pilotsuz uçuş aparatları (PUA), elektron müharibə və rabitə avadanlıqlarının alınmasına, həmçinin hərbi texnikanın təmiri və modernləşdirilməsinə sərf olunacaq.
Bununla yanaşı, Ukraynanın 2027-ci ildə hərbi xərclərin maliyyələşdirilməsi üçün ciddi vəsait çatışmazlığı ilə üzləşəcəyi bildirilir. Ukrayna Maliyyə Nazirliyinin məlumatlarına əsasən, Müdafiə Nazirliyi 2027-ci il üçün təxminən 175 milyard dollar vəsait tələb edib. Lakin büdcə layihəsində bu məqsədlər üçün 108,3 milyard dollar nəzərdə tutulub.
