Müəllif: Gülnar Əhmədli, Banco.az
Mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən iyun ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 917 manat təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 23 il olmasını şərtləndirir.
Banco.az xəbər verir ki, bu, Mərkəzi Bank-ın Maliyyə Sabitliyi hesabatında qeyd edilib.
Qeyd edilib ki, ötən ilin sonu ilə müqayisədə kapitalizasiya müddətində 2.1 illik artım müşahidə olunub ki, bu da il ərzində mənzil qiymətlərinin artımı fonunda kirayə qiymətlərinin nisbətən azalması ilə izah olunur. Ötən ilin eyni dövründə median aylıq kirayə haqqı 883 manat təşkil edirdi ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 22.5 il olmasını şərtləndirirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
