İsraildən Azərbaycana turist axını 2 dəfədən çox artıb | Banco.az

İsraildən Azərbaycana turist axını 2 dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana İsraildən 8 863 nəfər turist gəlib.

Bu barədə  Dövlət Turizm Agentliyindən bildirilib.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

    Belə ki, ötən ilin yanvar-fevral aylarında bu göstərici 4 147 nəfər olub.