Müəllif - Fərid İslamov - Banco.az
Federal Ehtiyat Sistemi (FED), ABŞ-da inflyasiya proqnozlarını yeniləyib:
-
2025-ci il üçün inflyasiya proqnozu 2,5%-dən 2,7%-ə qaldırılıb (dekabr ayında gözlənilən 2,5%-dən yuxarı),
-
2026-cı il üçün proqnoz isə 2,1%-dən 2,2%-ə artırılıb.
2027-ci il üçün inflyasiya proqnozu dəyişməyib və 2% səviyyəsində saxlanılıb.
Eyni zamanda, FED ABŞ ÜDM-in artım proqnozlarını da pisləşdirib:
-
2025-ci il üçün - 2,1%-dən 1,7%-ə endirilib,
-
2026-cı il üçün - 2%-dən 1,8%-ə,
-
2027-ci il üçün - 1,9%-dən 1,7%-ə endirilib.
FED rəhbərlərinin median proqnozlarına görə, əsas faiz dərəcəsi 2025-ci ilin sonuna qədər 3,9%-ə düşəcək, yəni bu il ərzində ümumilikdə 50 baza bəndi azalma gözlənilir.
-
2026-cı ilin sonu üçün faiz dərəcəsi proqnozu - 3,4%,
-
2027-ci ilin sonu üçün isə - 3,1% təşkil edir.