Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünya üzrə xam neft istehsalında cəmi üç ölkə - ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı əsas paya malikdir. Bu ölkələr birlikdə qlobal neft hasilatının böyük hissəsini təmin edir.
Banco.az xəbər verir ki, 2025-ci ilin məlumatlarına əsasən, ABŞ gündəlik təxminən 13,6 milyon barel, Rusiya 9,9 milyon barel, Səudiyyə Ərəbistanı isə 9,5 milyon barel neft istehsal edib. Bu üç ölkənin ümumi istehsalı gündəlik 33 milyon barel təşkil edərək dünya üzrə hasilatın əhəmiyyətli hissəsini formalaşdırır.
Növbəti yerlərdə Kanada (4,9 milyon barel), İraq (4,4 milyon barel) və Çin (4,3 milyon barel) qərarlaşır. Daha sonra İran (4,2 milyon), Braziliya və Birləşmiş Ərəb Əmirlikləri (hər biri 3,8 milyon), həmçinin Küveyt (2,6 milyon barel) gəlir.
Bu üç aparıcı ölkə - ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı qlobal neft istehsalında dominant mövqedədir. Lakin bu müddət ərzində liderlik mövqeyi zaman-zaman bu ölkələr arasında dəyişib.
Maraqlıdır ki, Kanada, İraq və Çinin birlikdə hasil etdiyi neftin həcmi (13,6 milyon barel/gün) ABŞ-ın təkbaşına istehsalına demək olar ki, bərabərdir.
Eyni dövrdə Azərbaycanda neft istehsalı isə 560 min barel səviyyəsində olub.
Analitiklərin proqnozlarına görə, yaxın dövrdə heç bir ölkə ABŞ-ın rekord səviyyədə olan neft hasilatını geridə qoya bilməyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
