Əczaçılıq məhsullarının istehsalı 95 faiz artıb | Banco.az

Əczaçılıq məhsullarının istehsalı 95 faiz artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əczaçılıq məhsullarının istehsal dəyəri 27,7 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, illik müqayisədə 94,9% çoxdur. 

Qeyd edək ki, hesabat dövründə 13 milyon 983 min manatlıq dərman, 2,5 milyon ədəd tibbi maska istehsal edilib. Bunlar da illik müqayisədə müvafiq olaraq 60,4% çox və 30,6% azdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram