Dünyanın ən böyük qızıl ticarətçisi qızıl külçələrinə tarif tədbirləri görür | Banco.az

Dünyanın ən böyük qızıl ticarətçisi qızıl külçələrinə tarif tədbirləri görür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal bazarlarda ən böyük qızıl treyderi olan “JPMorgan” artan tarif narahatlıqları səbəbindən ABŞ-a 4 milyard dollar dəyərində külçə qızıl gətirməyi planlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinə tariflər mövzusunda sürətli başlanğıc edərkən, bazardakı bütün iştirakçılar yüksək tariflərə qarşı tədbirlər planlaşdırırlar.

Dünyanın ən böyük qızıl ticarətçisi olan “JPMorgan” da qiymətlərin artması və tariflərin yüksəlməsi fonunda ABŞ-a tədarüklər üçün bazar iştirakçılarının sürətli davranmağa çalışdığı bir dövrdə fevral ayı üzrə müqavilələr çərçivəsində 4 milyard dollardan çox dəyərində qızılın tədarükünə hazırlaşır.

“Bloomberg”in xəbərinə görə, “JPMorgan” “CME Group”a məxsus “Comex” birjasında fevral ayında müddəti başa çatan müqavilələr üçün cümə axşamı günü tədarük planını açıqlayan bir neçə qurum arasında yer alıb. 30 milyon unsiyaya çatan tədarük bildirişləri 1994-cü ilə qədər uzanan birja tarixində ikinci ən böyük həcmini təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram