Neft ABŞ prezidenti Donald Trampın Rusiyanı Ukrayna ilə tez bir zamanda atəşkəsə nail olmağa, əks halda iqtisadi sanksiyalarla üzləşəcəyini bildirdikdən sonra bahalaşıb.
Banco.az xəbər verir ki, Brent markalı neftin 1 bareli 0,15 dollar və ya 0,10% faiz artaraq 69,60 dollara yüksəlib.
WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu-Yorkun NYMEX əmtəə birjasında 0,11 dollar və ya 0,23% artaraq bir barelə görə 67,09 dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!