Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-may aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 14 milyon 830 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 39 milyon 216 min manat və ya 3,6 dəfə azdır. 2025-ci ilin yanvar-may aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 54 milyon 46 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 404 min manat və ya 34,9% artaraq 1,6 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
