Müəllif: Tamara Mustafayeva, Banco.az
Bundesbank: Almaniya iqtisadiyyatı müvəqqəti durğunluq dövrünə daxil olub.
Banco.az xəbər verir ki, “Bundesbank”ın iqtisadi vəziyyətə dair oktyabr ayı hesabatı dərc olunub.
Hesabatda Almaniya iqtisadiyyatında durğunluğun davam etdiyi, inflyasiyanın isə son üç ilin ən yüksək səviyyəsinə çatdığı bildirilib.
Bankın hesabatına görə, yaz aylarında 0,3 faiz artım qeydə alan ölkə iqtisadiyyatı iyul-sentyabr dövründə müvəqqəti durğunluq mərhələsinə daxil olub. İqtisadi artımın zəifləməsinə Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi, enerji qiymətlərinin yüksək olması və yanacaq endirimləri ilə bağlı xüsusi amillər səbəb olub.
Hesabatda yüksək enerji xərclərinin əhalinin alıcılıq qabiliyyətini zəiflətdiyi vurğulanıb. Həmçinin üçüncü rübdə özəl istehlakın iqtisadi artıma nəzərəçarpacaq töhfə vermədiyi qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
