Müəllif:Ayşən İmanova/Banco.az
Hindistanın Tata şirkəti Assam ştatının şərqində böyük yarımkeçirici zavodunun tikintisinə başlayıb.
Banco.az xəbər verir ki, bu barədə Hindistanın Elektron və İnformasiya Texnologiyaları Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Layihəyə 270 milyard rupi (3,2 milyard dollar) sərmayə qoyulacaq. Bu zavodun təxmin edilən gücü gündə 48,3 milyon çip təşkil edir”, - deyə bildirilib.
Şöbənin rəhbəri Aşvini Vayşnav qeyd edib ki, müəssisə Hindistanın yarımkeçiricilərin yığılması texnologiyalarının, o cümlədən Wire Bond, Flip Chip və I-SIP texnologiyalarının inkişafı məkanına çevriləcək.
“Bu texnologiyalar avtomobil sənayesi (xüsusilə elektriklə işləyən avtomobillər), rabitə, şəbəkə infrastrukturu və s. kimi əsas sənayelər üçün son dərəcə vacibdir”, - nazirlik vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!