Bu ilin 4 ayında Azərbaycana 1 012 ədəd elektromobil idxal edilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu ilin 4 ayında Azərbaycana 1 012 ədəd elektromobil idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-aprel aylarında elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 1 012 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, yanvar-aprel aylarında ölkənin elektromobil idxalının dəyəri 43 milyon 429 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 444 ədəd, dəyər ifadəsində isə 19 milyon 658 min dollar və ya 82,7% artıb.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 568, dəyəri isə 23,8 milyon dollar təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram