Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 112 milyon 922 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 6 milyon 155 min dollar və ya 5,2% azalıb.
2024-cü ilin yanvar-sentyabr aylarında ölkəyə 119 milyon 51 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, 9 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.67% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
