Banklar əhaliyə 731 mln. manatdan çox depozit faizi ödəyiblər | Banco.az

Banklar əhaliyə 731 mln. manatdan çox depozit faizi ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin iyul ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 731.2 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 123.1 milyon manat (20.2%) çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında banklar 608.1 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 6.5 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram