Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bu məqaləmizdə bankların 18 ay üçün təklif etdiyi əmanət faizləri barədə məlumat hazırlamışıq.
Banco.az-ın araşdırmasına görə, banklar dekabr ayında 18 aylıq depozitlər üzrə faizləri yüksəldiblər. Belə ki, ötən ayla müqayisədə "Bank of Baku", "Unibank", "Rabitəbank", "ABB", "Kapital Bank" və "Ziraat Bank" aylıq və müddətin sonunda təklif etdikləri faizləri artırıblar.
Bankların bu müddətə manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi faiz dərəcələri ilə cədvəldən tanış ola bilərsiniz.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib. Həmçinin fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.
- Manat əmanəti hansı banklarda daha sərfəlidir? – Dekabr 2024
- Dollar əmanəti ən sərfəli olan banklar – Dekabr 2024
Bizi sosial şəbəkələrdən izləyin!!