Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika 2025-ci ili 60 milyon 593 min manat xalis mənfəət əldə edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti 2024-cü illə müqayisədə 10 milyon 24 min manat və ya 19,8% artıqdır.
2024-cü ildə bankın xalis mənfəəti 50 milyon 569 min manata bərabər idi.
Bank Respublika-nın aktivləri isə 2024-cü ilin sonu ilə müqayisədə 549 milyon 41 min manat və ya 25,2% artaraq 31 dekabr 2025-ci il tarixinə 2 milyard 725 milyon 674 min manata yüksəlib.
Hesabat dövründə bankın kredit portfeli 1 milyard 653 milyon 630 min manat, depozit portfeli isə 1 milyard 357 milyon 158 min manat təşkil edib. Bunlar da illik müqayisədə müvafiq olaraq 181 milyon 743 min manat və ya 12,3% və 9 milyon 71 min manat və ya 0,7% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!
