Azərbaycanın strateji valyuta ehtiyatları 77 mlrd. dolları ötüb | Banco.az

Azərbaycanın strateji valyuta ehtiyatları 77 mlrd. dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın strateji valyuta ehtiyatları 9.4% artaraq 77.7 milyard ABŞ dollar səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Sədrin sözlərinə görə, bu, 6 ay ərzində 6.7 milyard ABŞ dolları artım deməkdir: “Mərkəzi Bankın valyuta ehtiyatları isə 11.2 milyard ABŞ dolları səviyyəsindədir. Strateji valyuta ehtiyatlarımız 36 aylıq mal və xidmətin maliyyələşdirilməsinə kifayət edir. Bu, kifayət qədər yüksək göstəricidir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram