2025-ci ilin martın 1-nə Azərbaycanda pul bazası 19 milyard 842 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə bu göstərici əvvəlki ayla müqayisədə 282.1 milyon manat və ya 1.4% azdır.
Qeyd edək ki, pul bazası ötən ilin eyni dövrünə nisbətən 289.8 milyon manat və ya 1.44% azalıb.