Azərbaycanda geyim istehsalı 20% azalıb | Banco.az

Azərbaycanda geyim istehsalı 20% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında geyim istehsalı azalıb. Belə ki, ötən 11 ayda 160,9 milyon manat dəyərində geyim istehsal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə geyim istehsalında 20% azalma müşahidə olunub.

Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 542,8 milyon manat dəyərində məhsul istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram