Azərbaycanda bank sektrounun aktivləri 10%-ə yaxın artıb | Banco.az

Azərbaycanda bank sektrounun aktivləri 10%-ə yaxın artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin avqust ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 60 milyard 979.9 mln. manat təşkil edib.

Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 9.5% artıb. 

Belə ki, 1 avqust 2025-ci il tarixinə ölkə banklarının cəmi aktivləri 55 mlrd. 700.1 mln. manat olub.

Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 53 milyard 330.2 mln. manat, balans kapitalı 7 milyard 649.7 mln. manat olub.

İyul ayında bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı isə 0.1% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram