Azərbaycan Tailanda neft ixracını 2 dəfədən çox azaldıb | Banco.az

Azərbaycan Tailanda neft ixracını 2 dəfədən çox azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-aprel aylarında Tailanda 75 milyon 910 min dollar dəyərində 137 min 785 ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 127 milyon 243 min dollar və ya 2,7 dəfə azalıb.

Tailanda neft ixracının həcmi isə ötən ilin yanvar-aprel aylarına nisbətdə 189 min 228 ton və ya 2,4 dəfə azalıb. 

Qeyd edək ki, hesabat dövründə İtaliya Azərbaycanın əsas neft idxalçısı olaraq mövqeyini dəyişməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram