Müəllif: Tamara Mustafayeva, Banco.az
Azərbaycan qazının Türkiyə–Suriya Təbiq Qaz Boru Kəməri vasitəsilə Kilis vasitəsilə Suriyaya ötürülməsi ilə Türkiyədən Suriyaya ilk dəfə təbii qaz axını başlayıb.
Banco.az xəbər verir ki, qazın ötürülməsi bu gün Kilisin Yavuzlu kəndində yerləşən Yavuzlu Ölçmə Stansiyasında təşkil olunan mərasimlə rəsmi olaraq istifadəyə verildi.
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə keçirilən açılış mərasimində Suriya Enerji naziri Məhəmməd əl-Beşir, Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov və Qətər İnkişaf Agentliyinin rəhbəri Fahad Həməd Al-Sulaiti də iştirak ediblər.
Açılışda çıxış edən Bayraktar Azərbaycanın Türkiyəyə ötürdüyü təbii qazın Kilis vasitəsilə Suriyaya çatdırılmağa başlandığını bildirib. O qeyd edib ki, ilkin mərhələdə gündəlik 6 milyon kubmetr, illik isə təxminən 2 milyard kubmetrə qədər qaz axını planlaşdırılır.
Bayraktar əlavə edib ki, hazırda Türkiyə Suriyaya 8 müxtəlif nöqtədən elektrik ixrac edir və mövcud güc ilkin mərhələdə 25% artırılacaq, sonrakı mərhələlərdə isə bu güc iki dəfədən çox artırıla bilər.
Yeni təbii qaz xəttinin, həmçinin, Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə töhfə verəcəyi və Suriyanın enerji infrastrukturunun yenidən qurulmasında mühüm rol oynayacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!