Avrozona 16 milyard avrodan yüksək xarici ticarət kəsiri verib | Banco.az

Avrozona 16 milyard avrodan yüksək xarici ticarət kəsiri verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona may ayında 16,2 milyard avro xarici ticarət profisiti verib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın may ayına dair beynəlxalq ticarət göstəricilərini açıqlayıb.

Buna əsasən, Aİ-nin ixracı may ayında ötən ilin eyni ayı ilə müqayisədə 0,1 faiz artaraq 216,9 milyard avroya çatıb, idxalı isə 2 faiz azalaraq 203,8 milyard avro olub. Nəticədə Aİ həmin ayda 13,1 milyard avro xarici ticarət artığı (profisiti) verib.

Avrozonada isə may ayında ixrac 2024-cü ilin eyni ayına nisbətən 0,9 faiz artaraq 242,6 milyard avro, idxal isə 0,6 faiz azalaraq 226,4 milyard avro təşkil edib. Beləliklə, Avrozonanın may ayındakı ticarət profisiti 16,2 milyard avro olub.

Həmin dövrdə Aİ ölkələrindən ən çox idxal edən ölkələr bunlar olub:

  • ABŞ – 46,2 milyard avro

  • Böyük Britaniya – 29,1 milyard avro

  • İsveçrə – 17,3 milyard avro

  • Çin – 16,1 milyard avro

  • Türkiyə – 9,5 milyard avro

Aİ ölkələrinə ən çox ixrac edən ölkələr isə belə sıralanıb:

  • Çin – 43,6 milyard avro

  • ABŞ – 27,8 milyard avro

  • Böyük Britaniya – 12,7 milyard avro

  • İsveçrə – 12,7 milyard avro

  • Türkiyə – 8,8 milyard avro

  • Norveç – 7,8 milyard avro

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram