Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropada kommersiya avtomobillərinin satışı 2023-cü ildə artıb.
Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2023-cü il üzrə Aİ ölkələrinin yeni kommersiya nəqliyyat vasitələrinin qeydiyyat məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, 2022-ci ildə Aİ-yə üzv ölkələrdə yeni kommersiya nəqliyyat vasitələrinin qeydiyyatında yaşanan təchizat problemləri 2023-cü ildə aradan qaldırılıb.
Aİ ölkələrində kommersiya nəqliyyat vasitələrinin satışları 2023-cü ildə əvvəlki ilə görə 14,6 faiz artaraq 1 milyon 467 minə çatıb.
Satışlar İtaliyada 22,7 faiz, İspaniyada 22 faiz, Almaniyada 12,1 faiz, Fransada 8,9 faiz artım göstərib.
Bundan əlavə, Aİ ölkələrində 2023-cü ildə yeni elektrik avtobuslarının satışı əvvəlki ilə görə 39,1 faiz artaraq 5 min 166 ədəd olub. Beləliklə, elektrik avtobuslarının ümumi bazar payı 15,9 faizə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!