Avropa banklarının səhmləri 21-ci əsrin rekordunu vurub | Banco.az

Avropa banklarının səhmləri 21-ci əsrin rekordunu vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa banklarının səhmləri 1997-ci ildən bəri ən güclü birinci yarımil performansını göstərib.

Banco.az xəbər verir ki, Stoxx 600 Bankçılıq İndeksi 30 iyun tarixinə qədər olan altı aylıq dövrdə 29 faiz artaraq Avropadakı ən yaxşı performans göstərən alt sektor olub.

İnvestorlar güclü gəlirlilik və davamlı mənfəətlilik səbəbilə banklara yönəldi. Xüsusilə İtaliyada artan birləşmə və satınalma fəaliyyətləri bu artımı daha da gücləndirib.

Bu parlaq birinci yarımilin əsas hadisələrindən biri isə Banco Santander SA-nın UBS Group AG-ni geridə qoyaraq ən dəyərli kredit qurumu halına gəlməsi oldu.

Bəzi analitilər makroiqtisadi qeyri-müəyyənliklərə və ticarət risklərinə baxmayaraq sektorun bu güclü trayektoriyasını davam etdirə biləcəyinə dair nikbindirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram