Müəllif: Gülnar Əhmədli, Banco.az
“Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında iyulun sonunda bağlanan ticarət sazişi Vaşinqtona Avropa ölkələrindən daha çox fayda gətirəcək”.
Banco.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının keçmiş rəhbəri Xosep Borrell deyib.
Onun sözlərinə görə, belə bir razılaşma ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi Ağ Evin hədə-qorxu strategiyasına adekvat müqavimət göstərə bilməyən Aİ-nin təslim olmasıdır. O, sazişi pis strategiyanın nəticəsi hesab edir.
Borrell əlavə edib ki, 15 faizlik tarif güzəştdən başqa bir şey deyil: “ABŞ bizi 30 faiz rüsumla hədələdi, daha sonra 15 faiz təklif edərək bizdən minnətdarlıq gözləyir”.
Bizi sosial şəbəkələrdən izləyin!!