Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı ABŞ ilə transatlantik ticarət müharibəsinin qarşısını almaq üçün danışıqları sürətləndirməyə razı olub.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ABŞ ilə transatlantik ticarət müharibəsinin qarşısını almaq məqsədilə danışıqları sürətləndirməyə razı olduğunu açıqlayıb və daha dostyana yanaşmanın siqnallarını verib.
Avropa Komissiyasının sözçüsü Paula Pinho Komissiya sədri Ursula Fon der Leyen ilə ABŞ Prezidenti Donald Trump arasında keçirilən telefon danışığından sonra bazar ertəsi günü jurnalistlərə açıqlamasında “Danışıqlar üçün yeni bir dinamika yaranıb”, deyə bildirib.
Pinho deyib ki, ticari danışıqları sürətləndirmək və sıx təmasda qalmaq məsələsində hər iki lider razılığa gəlib. Bu günə qədər keçirilmiş danışıqlarda çoxsaylı məsələlər gündəmə gəlsə də, əldə konkret nəticə əldə olunmayıb.
Avropalı rəsmilər ABŞ-ın nə istədiyinin və hətta prezident tərəfindən kimin təmsil olunduğunun aydın olmadığını bildirirdilər. ABŞ tərəfi isə şirkətlərinin açılan məhkəmə işləri və tətbiq edilən tənzimləmələrlə ədalətsiz şəkildə hədəf alındığını irəli sürürdü.
Donald Trump daha geniş danışıqlara imkan yaratmaq üçün Aİ-yə tətbiq ediləcək 50%-lik gömrük tarifinin başlanğıc tarixini bir aydan çox gecikdirərək 9 iyul tarixinə qədər təxirə salıb.
Bizi sosial şəbəkələrdən izləyin!!