Bu gündən Gəncə "ASAN xidmət" mərkəzində sahibkarlara lisenziyaların verilməsinə başlanıldı. Şəhərlərarası və şəhərdaxili, eyni zamanda ölkədaxili yük daşımaları ilə məşğul olan sahibkarlar yalnız dövlət rüsumunu ödəməklə lisenziyalarını aldılar.
Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, lisenziyalar sahibkarlara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Gəncədəki "ASAN xidmət" mərkəzində verildi. Bu lisenziyalar sahibkarlara sərnişin və yük daşınması üçün verilən xüsusi icazə sənədidir. Lisenziya 5 il müddətinə 150 manat dövlət rüsumu ödənilməklə verilir.
Gəncə "ASAN xidmət"də lisenziya verilir
"Dövlət rüsumunu ödədik, şəffaf lisenziyamızı almışıq. 5 illik aldım"- deyə sahibkar Firuddin Əliyev bildirdi.
Əvvəllər bu tip xüsusi razılıq sənədi ancaq paytaxt Bakıda verilirdi. İndi isə regionlarda olan və yaxın rayonları əhatə edən "ASAN xidmət" mərkəzlərinə yaxınlaşmaqla sənədi əldə etmək olar. Bu isə sahibkaralı əlavə xərclərdən və əvvəli süründürməçiliklərdən azad etmiş olacaq. Bu gün sərnişin daşımada verilən lisenziyalar yalnız təkrar lisenziya alanlara verildi. Yaxın günlərdə Gəncə "ASAN xidmət" mərkəzində ilk dəfə bu sənədi alanlara da bu sənədin təqdim olunmasına başlanılacaq.
Sərnişin daşınması üçün lisenziya
Xatırladaq ki , Prezident İlham Əliyev bu ilin Oktyabrının 15-də "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan növlərinin sayının azaldılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi” haqqında fərman imzalayıb. Lisenziyalarin "ASAN"-da verilməsi də bu fərmana uyğun olaraq aparılır.
Sahibkar lisenziya alır
ASAN xidmət lisenziyaların verilməsinə başladı
![](http://banco.az/sites/default/files/news/lisenziya_0.jpg)
![](/sites/all/themes/bancoaz/logoaz.png)