Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple” şirkətinin gəliri 4 rüb ardıcıl olaraq azalıb.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhənglərindən biri olan “Apple” iyul-sentyabr dövrü üzrə balans hesabatını açıqlayıb.
İyul-sentyabr dövrünü balansında dördüncü rüb kimi dəyərləndirən şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 faiz azalaraq 89,5 milyard dollara düşüb. “Apple” ötən ilin eyni dövründə 90,2 milyard dollar gəlir əldə etmişdi.
Beləliklə, şirkətin gəlirləri ardıcıl 4-cü rübdür ki, azalma göstərib. Bu dövrdə yaşanan azalmaya baxmayaraq, bazar proqnozlarından yuxarı olan gəlirin 89,3 milyard dollar olacağı gözlənilirdi.
“Apple”ın xalis mənfəəti isə iyul-sentyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz artaraq 22,96 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 20,72 milyard dollar olub.
Şirkətin səhm üzrə mənfəəti də qeyd olunan dövrdə 1,29 dollardan 1,46 dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!