Müəllif: Tamara Mustafayeva, Banco.az
"Apple" istehsalçısı "Hon Hai"nin satışları bu il ilk dəfə olaraq ləng artıb.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Tayvandan edilən ixracata 20% gömrük rüsumu tətbiq etməsindən sonra dünyanın ən böyük elektronika istehsalçılarından biri olan "Hon Hai Precision Industry Co." (Foxconn) iyul ayında bu ilin ən zəif satış artımını qeydə alıb. Şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 7,25% artaraq 613,8 milyard Tayvan dollarına (20,5 milyard ABŞ dolları) çatıb.
Bu göstərici yanvar ayından bəri ən zəif artım tempi olub.
Trampın tətbiq etdiyi yeni tariflərdə elektron məhsullar birbaşa hədəf alınmasa da, ABŞ-ın 1962-ci il Ticarətin Genişləndirilməsi Qanununun 232-ci maddəsinə əsasən başlanan araşdırmanın nəticəsindən asılı olaraq, yarımkeçirici kimi sahələrin təsirlənmə ehtimalı investorları və istehsalçıları narahat edir.
Bizi sosial şəbəkələrdən izləyin!!