AMB: "Sahəvi banklara ehtiyac yoxdur" | Banco.az

AMB: "Sahəvi banklara ehtiyac yoxdur"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Hazırda Azərbaycanda müəyyən sahə üzrə fəaliyyət göstərən banklara ehtiyac yoxdur".

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Hazırda banklarımızın əksəriyyəti universaldır. Bazarda sahəvi banka tələbat yoxdur. Bizim istəyimiz odur ki, banklararası rəqabət artsın. Bəlkə də gələcəkdə hansısa banklar hansısa sahələri hədəf götürəcəklər. O ehtimal var. Amma bu gün bildiyim qədər belə banklara ehtiyac yoxdur", - deyə sədr qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram