2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 5,73 milyard manatlıq pul nişanı çıxarıb, dövriyyəyə 5,86 milyard manatlıq pul nişanı buraxıb.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, son nəticədə tədavüldə nağd pul kütləsi 0,13 milyard manat və yaxud 0,8 % artaraq ilin sonuna 17,44 milyard manat təşkil edib. Hazırda milli valyuta üzrə ehtiyatlar 8,9 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonuna qədər tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir.
Ötən il AMB yenilənmiş 1 və 3 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb. Onlar daha öncə yenilənmiş 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına uyğun olaraq arxa tərəfinin dizaynına Dövlət Gerbi, eləcə də istehsal ili əlavə edilməklə yenilənib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!